Afterburner

Yaxından çəkilmiş bir Eurofighter Typhoon afterburnerləri

Afterburner (əlavə yanma), xüsusən də uçuşqalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir.

İşləmə prinsipi olaraq reaktiv enjektorlar turbojet ağızına yanacaq vurur. Ağızdan (nozzle) gələn isti hava axını və yanmamış qazlar ilə alovlanır və beləliklə ramjet mühərriklərinə bənzər bir impuls yaradır. Turbojet mühərriklərində istifadə olunan xüsusiyyət bir ramjetin iş prinsipinə bənzəyir. Afterburnerlər ilə işləyən bir təyyarə, reaktiv ağızlardan çıxan alov sütunları ilə müəyyən edilir. Mülki aviasiyada Concorde bu sistemlə havaya qalxır. Normal uçuşundan 4 qat daha çox yanacaq sərfiyyatına səbəb olur. Lockheed Martin F-22 Raptor afterburnerlərindən istifadə edərək 20 dəqiqə ərzində 20 ton yanacağını qurtara bilər. Saatda 800 mil (1280 km) sürətə çata bilər. Köhnə bir texnologiyadır, bu gün reaktiv qırıcılar daha kiçik afterburnerlər ilə təchiz edilmiş, bütün mühərrik turbinlərdən ibarət olarkən (F-18), köhnə F-14 Tomcat kimi modellərdə mühərrikinin 60 faizi afterburnerlərdən təşkil olunmuşdur. F-14 Tomcat, yüksək istilik səbəbiylə IR (infraqırmızı) təsirinə və nəzarətsiz yanacaq istehlakına səbəb olduğu üçün 2006-cı ildə xidmətdən çıxarıldı. Eyni səbəbdən, MiQ-25MiQ-31 xidmətdən erkən çıxarılmışdır.


Developed by StudentB