Aliot

Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu.

Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-cu yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.


Developed by StudentB