Anqllar

Yutlandiya yarımadasının cənubunda Angeln

Anqllar (lat. Anglii, ing. Angles, alm. Angeln‎) — bizim eranın başlanğıcında Almaniyanın şimal-şərq sahilində və Yutlandiya yarımadasının mərkəzi hissəsində məskən salmış qədim alman tayfası. Yazılı mənbələrdə adı ilk dəfə Qədim Roma tarixçiləri TasitPtolemey tərəfindən qeyd edilib.

Anqlların ehtimal edilən tarixi vətəni kimi elədə böyük olmayan yarımada Angeln hesab edilir (Yutlandiya yarımadasının bir hissəsi), müasir Almaniyanın şimal-şərqində yerləşən Şlezviq-Holşteyn vilayəti.

Xalqların böyük köçü dövründə, III əsrdən başlayaraq V əsrin ortalarına kimi qonşu alman tayfaları sakslar, yutlar, frizlər o zaman əsasən xristianlaşdırılmış Roma kelt qəbilələri ilə birlikdə Britaniya adalarına köçürüldülər. Yerli əhalini sıxışdıran anqllar orada üç krallıq yaratdı: şimali anql — Nortumbriya, orta anql — MersiyaŞərqi İngiltərə. Eramızın VII—X əsrlərində anqllar və sakslar vahid anqlosaks adı altında müasir ingilis milləti üçün birləşdi.


Developed by StudentB