Ariadna

Ariadna
q.yun. Ἀριάδνη
Cinsi qadın[d]
Atası Minos
Anası Pasifaya
Qardaşı və bacısı Fedra, Katrey[d]
Əri
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ariadna (q.yun. Ἀριάδνη) — qədim yunan mifologiyasında[1] Krit hökmdarı Minosun qızı, Fedranın bacısı.

Əfsanəvi qəhrəman Tesey Minotavrı öldürərkən Ariadnanın köməyindən istifadə etmişdir. Minotavr yolu tapa bilməsin deyə kral mahir usta Dedala labirint düzəltməyi əmr etmişdi və Minotavrı bu labirintə həbs etmişdi. Tesey isə xalqı bu qorxulu varlıqdan xilas etmək üçün labirintə girdiyi zaman Ariadna ona ip verir. Beləliklə, Tesey labirintə girir və nəhəng Minotavrı öldürür və Ariadnanın ipi vasitəsilə ordan xilas olmağı bacarır. Ariadna Minotavrı öldürməsi üçün Teseyə kömək etdikdən sonra onlar Kriti birlikdə tərk edirlər. Sonra Tesey məlum olmayan səbəblərə görə Ariadnanı Dia adasında qoyub gedir. Bundan sonra Ariadna şərab və ehtiras allahı Dionisə ərə gedir.

  1. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.1. С.103

Developed by StudentB