Tarixi dövlət | |
Babilistan | |
---|---|
|
|
Paytaxt | Babil |
Dilləri | Akkad dili |
Vikianbarda əlaqəli mediafayllar |
Babilistan[1][2] və ya Babiloniya[3] (akkad. Karduniaš; q.misir Sangar) —Mesopotamiyanın cənubunda (müasir İraq ərazisi), Dəclə və Fərat çayları arasında e.ə. II minilliyin əvvəllərində yaranmış və e.ə. 539-cu ildə müstəqilliyini itirmiş qədim vilayət və dövlət. Dövlətin paytaxtı Babil şəhəri idi və adını buradan almışdır.[4] Babilin qurucuları olan sami amoreylər qədim Mesopotamiyanın keçmiş dövlətləri Şumer və Akkadın mədəniyyətini miras qoymuşdular. Babilin rəsmi dili yazılı Akkad dili idi və köhnəlmiş şumer dili uzun müddət kult dili kimi qorunub saxlanılmışdır.