Badminton

Badminton
Xüsusiyyətləri
Oyunçu sayı
  • Minimum:2
  • Maksimum:4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Badminton və ya volan (fr. volant — uçan)—tennisə bənzər idman oyunu. 1992-ci ildən Olimpiya idman növü hesab olunur.

Badminton adı İngiltərənin Badminton şəhərinin adından götürülüb. Qədim Malayyada yaranmış, sonralar Asiyanın başqa ölkələrinə yayılmışdır. İlk dəfə 1873-ci ildə İngiltərənin Badminton şəhərində Hindistandan qayıtmış ingilislər tərəfindən nümayiş etdirilmişdir.

Badminton oyunu tor ilə iki hissəyə bölünmüş düzbucaqlı meydançada keçirilir. Torun hündürlüyü 1 metr 55 santimetr olur. Meydançanın ölçüləri qoşa oynayanlar üçün uzunluğu 13 metr 40 santimetr eni 6 metr 10santimetr, tək-tək oynayanlar üçünsə uzunluğu 13 metr 40 sm eni 5 metr 20 santimetrdir.

Badminton üzərinə dəri çəkilmiş və taç şəkilli lələklərə malik, kütləsi 4 tam onda beş—7 qram olan probka top və kütləsi 135 — 190 qram olan tennis tipli raketka ilə oynanılır. Oyunda məqsəd topu meydançanın rəqibə aid hissəsinə salmaq, öz sahəsinə düşməyə imkan verməməkdir. Badminton oyunu 3, yaxud 5 hissədən ibarət olur (hər hissənin hesabı 15 xal qazanılanadək davam edir). Badminton qoşa və tək-tək oynanılır. Qaydalarının sadəliyinə, kiçik meydançada, çəmənlik və çimərliklərdə oynamaq imkanı olduğuna görə müasir badminton ən kütləvi idman oyunlarından birinə çevrilmişdir. Sıfır hesabında və çüt ədədli xallarda top sağdan çəpinə, tək ədədli xallarda isə soldan şaquli istiqamətdə ötürülür. Qoşa oyunlarda topu birinci olaraq sağdakı idmançı oyuna daxil edir, hər qazanılan xaldan sonra oyunçular yerlərini dəyişir. Badmintonnun inkişafına və yarışlarıi təşkilinə Beynəlxalq Badminton Federasiyası rəhbərlik edir. Üç ildən bir kişilər arasında Tomas kuboku, qadınlar arasında isə Uber kuboku uğrunda beynəlxalq miqyaslı badminton yarışları keçirilir. Hər il Uimbldon şəhərində İngiltərə birinciliyi uğrunda açıq badminton yarışları təşkil edilir.


Developed by StudentB