Baldr | |
---|---|
q.skan. Baldr | |
Mifologiya | German-skandinav |
Cinsi | kişi[d][1] |
Sülalə | Asarlar |
Atası | Odin[2][1] |
Qardaşı və bacısı | Tor |
Vikianbarda əlaqəli mediafayllar |
Baldr — German-skandinav mifologiyasında asarlar nəslindən olan bahar və işıq tanrısıdır. Rəvayətə görə Baldr Odin və Friqqin oğludur. Onun zahiri kimi ruhu da çox gözəldir və ətrafa nur çiləyir. Baldr asarların içərisində ən işıqlısıdır və onun gəlişi ilə torpaqdan həyat canlanır və hərtərəf əlvanlaşır.
Baldrın arvadı Nannadan olan oğlanları Forset bir gün ölümdən xəbər verən qorxulu röya görür. Narahat olan Odin səkküzayaqlı atını — Sleypniri minib ölülər dünyasına gəlir. Burada caudugar qarı ona xəbər verir ki, Baldr öz kor qardaşı Hödr tərəfindən öldürüləcəkdir. Bu xəbərdən kədərlənmiş Odin əlacsız Asqarda dönür və arvadı Friqqə nəql edir. Friqq Baldrı xilas etmək üçün bir çarə tapır. Belə ki o, hər bir dəmirdən, daş və qayadan, bitkidən, heyvandan, quşdan vəd alır ki, heç kim Baldra xətər yetirməyəcəkdir. Loki biləndə ki, Friqq hələ Öksəotudan vəd almayıb, onun budaqlarından ox düzəldərək Hödr verərək Baldrı öldürməyə sövq edir. Çəkilmiş ox Baldrın düz ürəyindən dəymiş olur. Asarlar oxun Hödra Loki verdiyini, öyrəndikdə onu bir mağarada zəncirləyirlər və başının üstündən isə zəhərli ilan asırlar. İlanın ağzından damcılayan zəhər Lokinin arvadı tərəfindən bir ləyənə yığılır. Ləyən dolduqca onu boşaldarmış. Bu an ərzində isə Lokinin üzünə damcılayan zəhər ona əzab verərmiş.
Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |