Barokko (it. barocco — "yöndəmsiz", "qüsurlu", "ifrat meyilli", port. perola barroca — "kələ-kötür mirvari" (hərfi mənada "qüsurlu mirvari");XVII –XVIII əsrlədə Avropa mədəniyyətində renessans və klassizm arasında mövcud olan bir cərəyan[1] Barokkonun beşiyi İtaliya olmuşdur. Bu stil ilk olaraq XVI–XVII əsrlərdə Roma, Mantuya, Venesiya, Florensiya kimi şəhərlərdə təşşəkkül tapır. Barokko dövrünü "qərb sivilizasiyasının zəfər yürüşünün" başlanğıcı da adlandırırlar[2] Barokko özü üç: ilkin barokko (1600–1650), yüksək barokko (1650–1720), sonrakı barokko — rokoko (1720–1770) mərhələlərinə bölünür.