Borobudur

Borobudur
yav. ꦕꦤ꧀ꦣꦶꦧꦫꦧꦸꦣꦸꦂ
Xəritə
7°36′28″ c. e. 110°12′13″ ş. u.HGYO
Ölkə  İndoneziya
Şəhər Magelang
Yerləşir Cokyakarta, Mərkəzi Yava
Memar Gunadharma
Sifarişçi Sailendra sülaləsi
Tikilmə tarixi IX əsr
Kəşf tarixi 1814
Üslubu Yava-Buddist Memarlıq stili (Candi)
Sahəsi
  • 25,38 ha
  • 62,57 ha
Rəsmi sayt borobudurpark.com
Bərpa tarixi1911
BərpaçıTheodoor van Erp
Rəsmi adı: Borobudur məbədlər kompleksi
TipiMədəni
Kriteriyai, ii, vi
Təyin edilib1991
İstinad nöm.592
Dövlət İndoneziya
RegionCənub-Şərqi Asiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Borobudur (yav. ꦕꦤ꧀ꦣꦶꦧꦫꦧꦸꦣꦸꦂ, ind. Candi Borobudur) — İndoneziyada, Mərkəzi Yavada yerəşən, 9-cu əsrə aid Mahayana Buddist məbədi. Borubodur dünyanın ən geniş buddist məbədi hesab olunur.[1][2][3] Məbəd, 6-sı kvadrat və 3-ü dairə şəkilli olmaqla 9 pillədən ibarətdir və baş hissəsi mərkəzi gümbəz ilə sonlanır. Burada ümumilikdə 2,672 relyef panelləri və 504 Budda heykəlləri vardır. Mərkəzi günbəz 72 Budda heykəli ilə əhatə olunmuşdur hansı ki, perforasiya olunmuş (deşikli) stupalarda yerləşdirilib.[4]

9-cu əsrdə, Sailendra sülaləsi dövründə tikilmiş Borobudur məbədi, İndoneziyanın yerli ibadət ənənələrini və Buddizm konsepti olan Nirvanaya çatmağı təmsil edir.[3] Məbəddə Gupta incəsənətinin nümunələri, Hindistanın həmin regiona olan təsirini göstərsə də, orada olan yerli İndoneziya mədəniyyət və memarlıq elementlərinin yetəri qədər istifadəsi, məbədin xüsusi İndoneziya mədəniyyət və memarlığını təmsil etdiyini göstərir.[5][6] Borobudur məbədi, Buddaya həsr olunmuş türbə və Buddistərin ziyarətgahıdır. Burada ziyarət, məbədin təməl pilləsindən başlayır və abidənin ətrafından dolanaraq yuxarı doğru üç mərhələli Buddist kosmologiyasını izləyir։ Kāmadhātu (arzular dünyası), Rupadhatu (formalar dünyası), Arupadhatu (qeyri-formal dünya). Məbəd, ziyarətçilərə geniş pilləkan və 1460 ədəd relyef panellərlə bəzədilmiş dəhliz sistemi ilə rəhbərlik edir. Borobudur, dünyanın ən geniş və tam ansambl şəklində olan Budda relyeflərinə sahibdir.[3]

Sübutlar göstərir ki, Borobudur 9-cu əsrdə tikilmiş, lakin sonradan Yavada Hindu krallıqlarının düşməsi və Yavalıların İslam dinini qəbul etməsindən sonra tərk edilmişdir.[7] Dünya miqyasında Borobudur məbədinin mövcudluğu ilk dəfə Stemford Rafflz tərəfindən, sonradan isə yerli indoneziya əhalisinin Britaniya müstəmləkəçilərinə məbədin yerləşdiyi yer haqqında verdiyi məlumatla qeydə alınmışdır.[8] Bu dövrdən sonra məbəd bir neçə bərpa işləri ilə qorunmuşdur. Ən böyük bərpa layihəsi isə 1975 və 1982-ci illər arasında, İndoneziya hökuməti və UNESCO tərəfindən aparılmışdır və məbədin UNESCO Dünya Mədəniyyət Mirasları siyahısına salınması ilə nəticələnmişdir.[3]

Borubodur dünyanın ən geniş Buddist məbədi hesab olunur və Cənub-Şərqi Asiyada yerləşən Baqan (Myanmar), Anqkor Vat (Kamboca) kimi böyük tarixi əhəmiyyətli abidələrlə bir sırada yer alır. Borobudur buddist zəvvarlarının populyar ziyarətgahı sayılır və burada İndoneziyalı buddistlər Vesak gününü qeyd edirlər.[9][10][11]

  1. "Largest Buddhist temple". Ginnesin Rekordlar Kitabı. Guinness World Records. 2014-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2014.
  2. Purnomo Siswoprasetjo. "Guinness names Borobudur world's largest Buddha temple". The Jakarta Post. 4 iyul 2012. 5 noyabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2014.
  3. 1 2 3 4 "Borobudur Temple Compounds". UNESCO World Heritage Centre. UNESCO. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2008.
  4. Soekmono (1976), page 35–36.
  5. "Borobudur : A Wonder of Indonesia History". Indonesia Travel. 14 aprel 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2012.
  6. Le Huu Phuoc. Buddhist Architecture. Grafikol. aprel 2010. 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2012.
  7. Soekmono (1976), page 4.
  8. Hary Gunarto, Preserving Borobudur's Narrative Walls of UNESCO Heritage, Ritsumeikan RCAPS Occasional Paper, [1] Arxivləşdirilib 2021-06-28 at the Wayback Machine oktyabr 2007
  9. Mark Elliott; və b. Indonesia. Melbourne: Lonely Planet Publications Pty Ltd. noyabr 2003. səh. 211–215. ISBN 1-74059-154-2.
  10. Mark P. Hampton. "Heritage, Local Communities and Economic Development". Annals of Tourism Research. 32 (3). 2005: 735–759. doi:10.1016/j.annals.2004.10.010.
  11. E. Sedyawati. Potential and Challenges of Tourism: Managing the National Cultural Heritage of Indonesia // W. Nuryanti (redaktor). Tourism and Heritage Management. Yogyakarta: Gajah Mada University Press. 1997. 25–35.

Developed by StudentB