Cadillac

Cadillac — amerikan lüks avtomobil istehsalçısıdır və "General Motors" konserninin parçasıdır. Cadillac Amerikada "yüksək keyfiyyət" və "lüks həyatın" simvoludur. 1902-ci ildə Henri Martin Leland tərəfindən qurulan bu şirkət adını Fransız alim, Detroit şəhərinin qurucusu Antoine Laumet də la Mothe, Sieur da Cadillac-dan götürmüşdür. Cadillac lüks avtomobilləri və bunların gözə dəyən dizaynı ilə başda ABŞ olmaqla bütün dünyada böyük prestijə qədər yüksəlmiş bir məktəb marka halına gəlmişdir.


Developed by StudentB