Detroyt

Şəhər
Detroyt
ing. Detroit
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
42°19′54″ şm. e. 83°02′51″ q. u.HGYO
Ölkə  ABŞ
Ştat Miçiqan
Mer Mayk Daqqan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1701
Sahəsi 370.2 km²
Mərkəzin hündürlüyü 183 m
Saat qurşağı UTC−5 , yayda UTC−4
Əhalisi
Əhalisi 681 090 nəfər (2013)
Sıxlığı 1669.6 nəf./km²
Aqlomerasiya 4 493 165
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 313
Poçt indeksi 48201
Digər
detroitmi.gov  (ing.)
Xəritəni göstər/gizlə
Detroyt xəritədə
Detroyt
Detroyt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Detroyt (ing. Detroit) — əhalisinin sayına görə Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatının ən böyük şəhəri, ABŞ-Kanada dövlət sərhədində yerləşən ən böyük şəhər. 2016-cı il hesablamalarına görə əhalisi 672,795 nəfər təşkil edir ki, bu da Detroytu əhalisinin sayına görə ABŞ-nin 23-cü ən böyük şəhəri edir. Metro Detroyt adı ilə tanınan metropolis ərazisində 4.3 milyon nəfər yaşayır.

Şəhər Detroyt çayının sahilində yerləşən mühüm limandır. Detroyt Metropolis Aeroportu ABŞ ərazisində yerləşən ən vacib iqtisadi qovşaqlardan biri hesab olunur. Detroyt şəhəri Orta Qərbi ABŞ-də ÇikaqoMinneapolisdən sonra üçüncü, bütövlükdə ABŞ-də isə 14-cü ən böyük iqtisadiyyata sahibdir.[1] Bu şəhər ABŞ-nin ən məşhur avtomobil sənayesi mərkəzi olaraq tanınır. General Motors, FordChrysler kimi avtomobil istehsalçılarının baş qərargahı Detroytda yerləşir.

  1. "Regional Data – GDP & Personal Income". Bureau of Economic Analysis. 2018-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2018.

Developed by StudentB