Epistemologiya

Epistemologiya (q.yun. ἐπιστήμη — bilik, bacarıq və λόγος — elm) — fəlsəfənin məlumatın təbiəti, əhatəsi və qaynağı ilə maraqlanan bölməsidir. Məlumat fəlsəfəsi olaraq da adlandırılmaqdadır. Bu termini ilk dəfə fəlsəfə elmində şotland filosofu C. F. Ferye "Metafizikanın əsasları" (1854) kitabında işlətmişdir. O fəlsəfəni iki hissəyə Ontologiya və Epistemologiyaya bölmüşdür.

Fəlsəfənin bu bölməsi faktlar haqqında proporsional bilgi, bacarıqlar şəklində təctübi bilgi və s. kimi bilik növlərini izah edir. Epistemoloqlar bilginin mahiyyətini anlamaqdan ötrü iman, həqiqət və əsaslandırma konsepsiyasını araşdırırlar. Bilginin necə yarandığını tapmaqdan ötrü qayvatış, introsepsiya, yaddaş, səbəb və şəhadət kimi əsaslandırma mənbələrini tədqiq edirlər.

Müasir fəlsəfəyə əsasən, Epistemologiya və ya “bilik nəzəriyyəsi” fəlsəfənin üç ana qolundan biridir. Digər iki qolu isə ontologiyaaksiologiyadır; birincisi varlıqdan, ikincisi isə dəyərdən bəhs edir. Epistemologiya isə insanın biliklə bağlı fundamental suallarını əqli metod əsasında araşdıran bir elm sahəsidir. Bu elmdə müzakirə edilən bütün mövzular bu üç sual – “Bilik nədir?”, “Bilik əldə etmək mümkündürmü?”, “Biliyin qaynaqları hansılardır?” ətrafında dövr edir. Bu üç sual ilk baxışda “üç sual” kimi görünür, amma suala verilən cavabların doğurduğu yeni suallar, əslində, sayıla bilməyəcək qədər çoxdur; bu üç sualdan hər biri özü ilə birgə saysız-hesabsız suallar doğurur. Beləcə, hər bir suala verilən cavabdan yeni suallar və yeni cavablar doğur. Deməli, bütün bunları bir çətir altına toplayan elmin adıdır epistemologiya!


Developed by StudentB