Şəhər | |
Eylat | |
---|---|
ivr. אילת | |
29°33′ şm. e. 34°57′ ş. u.HGYO | |
Ölkə | İsrail |
Dairə | [[Cənub dairəsi]] |
Mer | Meir İshaq Halevi |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | E.ə. 7000 il |
Yaşayış məntəqəsi statuslu | 1959 |
Sahəsi | 84.789 km² |
Mərkəzin hündürlüyü | 16 m |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 50 072 nəfər (2016) |
Milli tərkibi | yəhudilər: 83% |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +972 8 |
Digər | |
eilat.muni.il (ivr.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Eylat (ivr. אילת) — İsrailin ucqar cənub hissəsində yerləşən şəhər. Aqaba körfəzinin və Qırmızı dənizin şimal sahillərində yerləşən məşhur liman və turizm şəhəridir. Eylat şəhərinin çimərlikləri, mərcan rifləri və səhra landşaftı onu yerli və beynəlxalq turizm üçün daha da cəlbedici hala gətirir.
İsrail hökuməti 1955-ci ildən etibarən şəhərin əhalisinin sayını artırmaq və infrastrukturu inkişaf etdirmək məqsədilə Mərakeşdən ölkəyə gəlmiş yəhudi ailələrini burada yerləşdirmişdir. Hal-hazırda şəhər əhalisi 50,072 nəfər təşkil edir. Neqev səhrasında yerləşən Eylat şəhəri Aravanın cənub hissəsini əhatə edir. Şəhər cənubdan Misirin Taba şəhəri, şərqdən İordaniyanın liman şəhəri olan Aqaba, cənub-şərqdən isə körfəz vasitəsilə Səudiyyə Ərəbistanı ilə əhatə olunmuşdur.
Eylat şəhərində quru səhra və zəif rütubətli iqlim şəraiti hökm sürür. Temperatur yayda tez-tez 40 °C-ni keçsə də, qışda təqribən 21 °C olur. Su temperaturu isə 20–26 °C arasında dəyişir. Ortalama olaraq ilin 360 günü günəşli hava olur.[1]