26 dekabr 1933-cü ildə Edvin Houard Armstronq (Edwin Howard Armstrong) tezlikli modulyasiya prinsipi əsasında qurulmuş FM-radionu patentləşdirmişdir. Bu radio efirdə yaranan küyü aradan götürməyə və daha yaxşı rabitə keyfiyyətini əldə etməyə imkan verirdi.