Gediminas

Gediminas
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1275[1][2]
Doğum yeri
Vəfat tarixi dekabr 1341
Dəfn yeri
Vətəndaşlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gediminas – 1295-ci ildən qardaşı Vitenin həmhakimi, Böyük Litva knyazı, Gediminilər sülaləsinin banisi. Əslən Aukştaytlardandır, Olgerd və Keystutun atasıdır. Böyük Litva Knyazlığının iqtisadi inkişafı üçün əlverişli şərait yaratmış, gömrük və digər güzəştlər verməklə Avropa sənətkar və tacirlərini Litvada daimi məskunlaşmağa sövq etmiş, Böyük Litva Knyazlığı üçün sərfəli ticarət müqavilələri imzalamışdır. Dövlət strukturunu möhkəmləndirmiş, inzibati sistemi təkmilləşdirmiş, mükəlləfiyyətləri nizamlamışdır. Ölkənin paytaxtı olmuş Vilno (indiki Vilnüs) ilk dəfə Gediminasın dövründə, 1323-cü ildə qeyd edilmişdir. 1323-cü ildə Livoniya ordeninə qarşı mübarizədə Riqa yepiskopluğu ilə ittifaq bağlamışdır. 1325-=ci ildə Polşa kralı I Vladislav Loketeklə müqavilə bağlamış və qızını kralın oğluna ərə verməklə onu daha da möhkəmləndirmişdi. 1310–30-cu illərdə Polotsku, Qrodnonu, Berestyeni, Vitebski, Minski, Turovu və Pinski tabe etmiş, onlara qonşu knyazları öz vassallarına çevirmişdi. Polşa feodalları ilə mübarizədə Volını qəti olaraq Böyük Litva Knyazlığına birləşdirmişdir. İvan I Daniloviç Kalita ilə rəqabət aparmış, Pskov, Novqorod, Smolensk, Kiyevin siyasətinə təsir göstərmişdir. Tver knyazı Dmitri Mixayloviçlə Moskvaya qarşı ittifaq bağlamışdır.

Özünü "litvalıların və rusların kralı" adlandırmışdı. Onun dövründə Böyük Litva Knyazlığı Şərqi Avropanın ən güclü dövlətinə çevrilmişdi. O, almanların Bayerburq qalasının mühasirəsi zamanı öldürülmüşdür.

  1. Deutsche Nationalbibliothek Record #118746545 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Gediminas // Çex Milli Hakimiyyət Məlumat bazası.

Developed by StudentB