Habsburqlar

Habsburqlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Habsburqlar sülaləsiAvropanın ən nüfuzlu və məşhur kral ailələrindən biridir. 1438–1740 tarixlərində Müqəddəs Roma imperiyasını idarə edən bu sülalə bir neçə hollanditalyan hakimlə yanaşı, Bohemiya krallığı, İngiltərə krallığı (evliliklə), Almaniya krallığı, Macarıstan krallığı, Xorvatiya krallığı, İkinci Meksika imperiyası, İrlandiya krallığı (evliliklə), Portuqaliya və İspaniya krallığına da krallarimperatorlar yetişdirmişdir. XVI əsrdən etibarən, V Karldan sonra ailə Avstriya və İspaniya qollarına ayrılmışdır. Ayrı-ayrı bölgələrdə hakimiyyətdə olsalar da, yaxın münasibət qurdular və tez-tez baş tutan nikahlarla bu iki qol yenidən birləşdi.

Ailə öz adını 1020-ci illərdə indiki şimali İsveçrədə Qraf Radbot tərəfindən inşa olunmuş Habsburq qalasından alır. Onun nəvəsi II Otto isə ilk dəfə qalanın adını "Habsburq qrafı" olaraq titul kimi özünə götürmüşdür. Habsburq ailəsi XI, XIIXIII əsrlər boyunca ailə məclisi ilə idarə olumuşdur. 1276-cı ildə Qraf Radbotun yeddinci nəsildən nəvəsi sayılan Almaniya kralı I Rudolfun 1276-cı ildə Avstriya qraflığına gəlişi ilə ailənin mərkəzi Habsburq qalasından Avstriya qraflığına yüksəldi.

Kral ailələri ilə bağlanan nikahlar vasitəsilə ailə Burqundiya, İspaniya və onun müstəmləkə torpaqları, Bohemiya, Macarıstan və digər ərazilərdə haqq iddia edirdi. XVI əsrə gəldikdə isə ailə iki qola ayrılmış, bunlardan V Karlın oğlu II Flipp böyük İspaniya qolunu, qardaşı I Ferdinand isə kiçik Habsburq monarxiyası qolunu idarə etdi. 29 iyul 1617 tarixində bağlanan Onate müqaviləsi ilə hər iki tərəfin ailə üzərindəki haqları bərabərləşdi.

XVIII əsrdə ailənin varisi olmadığına görə, sülalə tükəndi. Ailənin böyük İspaniya qolu 1700-cü ildə II Karlın ölümü ilə sona çatdı və hakimiyyətə Burbonlar gətirildi. Avstriya qolunun oğul şəcərəsi isə 1740-cı ildə VI Karlın vəfatı ilə tükənmiş, onun böyük qızı Mariya Terezanın 1780-ci ildə vəfatı ilə isə nəsil tamamilə qurumuşdur. Müqəddəs Roma imperiyasının taxtına isə Lorreyn ailəsi gətirilsə də, tarixçilərin yanlış adlandırması ilə 1918-ci ilə qədər davam edən bu imperiya Habsburq imperiyası olaraq qalmışdır.


Developed by StudentB