Hobbi — insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyəti. Hobbi insanın çox vaxt özünü tanımasına köməkçi olur. Aparılan bir çox araşdırmalar bədbəxt insanların 38%-nin heç bir hobbisinin olmadığını üzə çıxarmışdır.
Hər hansı bir əşya — məsələn, marka, müasir dünya ölkələrinin və ya dövriyyədən çıxmış pul əskinasları, rəsm əsərləri və s. — yığmaq (kolleksiyaçılıq) da hobbidir. Hörgü, naxış, taxta oyma kimi əl bacarığı tələb edən işlər də hobbi ola bilər[1]
İdmanla məşğul olmaq, səyahətə çıxmaq, bağ-bağçaya qulluq etmək, heyvan bəsləmək də hobbi sayılır. Eyni hobbisi olanlar bəzən müəyyən dərnək və ya klublarda bir araya gəlirlər. Hobbi sayəsində maddi gəlir əldə etmək də mümkündür. Kolleksiyaçılar öz kolleksiyalarındakı bəzi nümunələri dəyişməklə və ya satmaqla gəlir əldə edə bilərlər[2]