Hoverkraft | |
---|---|
Sürəti | 42 m/san. |
Vikianbarda əlaqəli mediafayllar |
Hoverkraft (ing. Hovercraft) — dayanmış və hərəkətli halda olarkən, bütün ağırlığı müntəzəm olaraq formalaşdıran hava yastığı tərəfindən daşınan dəniz nəqliyyatı vasitəsidir. Yüngül olduqları üçün, çox sürətli şəkildə hərəkət edə bilirlər. Bir növ gəmi ilə təyyarə arasındakı böyük sürət fərqinin arasındakı bir körpüdür. Bir hava təbəqəsinin üstündə hərəkət edirlər. Hava müqaviməti, su müqavimətinə görə çox az olduğundan daha az müqavimət göstərirlər. ACV (Air Cushion Vehicle) və CAB (Captured Air Bubble Vehicle) adlandırılan iki növü vardır. ACV növlərinin hava yastıqları tamamilə elastik ətək ilə əhatələnmişdir.