Kafarevusa

XIX əsrin sonlarında Afina qəzetində kafarevusa.

Kafarevusa (yun. καθαρεύουσα — «təmiz») — XIX və XX əsrlərdə Yunanıstanda dövlət, ictimai həyat və ədəbiyyatın əsas dili olan yunan dilinin mühafizəkar çeşidi.[1]

XIX əsrin əvvəllərində Yunanıstanın Osmanlı imperiyasından ayrılaraq milli Yunanıstan dövləti qurması perspektivi yarananda burada yunan dilinin hansı variantının rəsmi olması məsələsi ortaya çıxdı. Kafarevusa bu suala cavab olaraq yunan dilini alınma sözlərdən təmizləməyi və ona arxaik xüsusiyyətlər əlavə etməyi təklif etmişdir. Bu, bir tərəfdən yunan dilinin təbii forması olan dimotikadan ( δημοτική - "xalq") istifadə ilə digər tərəfdən qədim yunan dilinə tam qayıdış arasında aralıq mövqe idi.[1]

  1. 1 2 A Companion to the Ancient Greek Language. Wiley-Blackwell. Под ред. Egbert J. Bakker. 2010. 564—587. ISBN 978-1-4051-5326-3.

Developed by StudentB