Kinabalu | |
---|---|
malay Gunung Kinabalu | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4096 m |
İlk fəthi |
1851 mart Hyu Lou (zirvənin yaylası) 1888 Con Uaythed (ən yüksək zirvəni) |
Yerləşməsi | |
6°06′00″ şm. e. 116°33′00″ ş. u.HGYO | |
Ölkə | Malayziya |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kinabalu dağı (malay Gunung Kinabalu) — Cənub-şərqi Asiyada Kalimantan adasında yerləşən məşhur dağlardan biri. Dağ Şərqi Malayziyada Sabah ştatı ərazisində yerləşir və Kinabalu parkı kimi Ümumdünya irsinə daxildir. Kinabalu Kalimantanın Kroker silsiləsində ən yüksək zirvədir və Malay arxipelaqında eləcə də, Malayziyada ən hündür dağdır. Kinabalu həmçinin topoqrafik əhəmiyyətinə görə dünyada ən məşhur 20 dağ arasında yer alır.[1]
1997-ci ildə peyk texnologiyasından istifadə etməklə, dağın zirvəsinin (Lou zirvəsi kimi adlandırılır) dəniz səviyyəsindən hndürlüyünün 4096 metr olduğu bildirildi. Bu vaxta qədər isə dağın hündürlüyü 4101 metr olaraq göstərilirdi.[2]
Kinabalu dağı Kinabalu dağlıq alp çəmənlikləri ekoregionunda daxildir. Dağ və onun ətraf əraziləri dünyada ən əhəmiyyətli bioloji yerlər arasındadır. Bu ərazilərdə 5000 və 6000 növ arası bitki, 326 növ quş və 100-dən çox məməli növü müəyyən edilib. Vəhşi təbiətin çoxlu növləri arasında Rafflesia bitkisi və oranqutan kimi məşhur növlər də yer alır. Kinabalu dağı YUNESKO-nun Ümumdünya irsi statusunu alıb.[3][4][5]
Lou zirvəsini yaxşı fiziki drumu olan şəxs asanlıqla fəth edə bilər. Dağın əsas marşrutu üzrə istənilən zirvəni alpinizm ləvazimatları olmadan dırmaşmaq olar.[6] Dağ massivi boyu digər zirvələri fəth etmək üçün isə xüsusi bacarıq tələb olunur.