Kokteyl | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Kokteyl (ing. cocktail) bir neçə komponenti qarışdırmaqla əldə edilən içkidir. Çox vaxt kokteyllər ya spirtli içkilərin birləşməsidir, ya da bir və ya daha çox spirtli içkinin meyvə şirəsi, ətirli şərbət və ya qaymaq kimi digər maddələrlə qarışdırılmış formasıdır. Kokteyllər dünyanın müxtəlif bölgələri arasında çox dəyişir və bir çox internet saytları həm orijinal reseptləri, həm də köhnə və daha məşhur kokteyllərin öz şərhlərini dərc edir.
Kokteyllər alkoqollu (bir və ya daha çox spirtli içkiləri tərkib hissəsi kimi özündə birləşdirir) və alkoqolsuz ola bilər.