Kondensasiya — qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində şəkil dəyişdirməsidir.
Kondensasiya molekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər molekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. Kondensasiya prosesində buxardan enerji ayrılır.
Kondensasiya buxarın mayeyə toxunmadığı halda da baş verə bilir. Buna misal buludların əmələ gəlməsidir: Yer səthindən qalxan su buxarının molekulları atmosferin nisbətən soyuq təbəqələrində qruplaşaraq kiçik su damcıları yaradır. Bu damcılar isə səmada “süzən” buludları əmələ gətirir.