Konkistador

Konkisador — (isp. conquistadores) — XV və XIX əsrlərdə Şimali və Cənubi Amerikaya hərbi və kəşfiyyat məqsədli səfər edən şəxslərə verilən ad. Konkisadorlar İspaniya kralının icazəsi ilə səyahətə çıxır və kəşf edilən əraziləri kral adından istila edirdilər. Tarixən yalnız ispan səyyahlara konkisador deyilmişdir. XVII əsrdən başlayaraq Cənubi Amerikada konkisadorlara qarşı mənfi münasibət formalaşmışdır. Fransisko Pizarronun PerudaErnan Kortesin Meksikada yerli əhaliyə qarşı qəddar münasibəti konkisadorlara olan mənfi münasibəti daha da genişləndirmişdir.


Developed by StudentB