Kont(qraf), Avropada bir əsilzadə ünvanı. Kontun xanımına və ya kont mövqeyindəki qadına kontes deyilir.[1] Böyük Britaniyadak; qarşılığı earldür. Hal hazırda, əsilzadəlik sıralamasında markizdən sonra, markizin olmadığı ölkələrdə hersoqdan sonra gəlir. Sözün etimologiyası Latin dilində comes (müşayətçi, nəzarətçi) sözündən gəlməkdədir.
Roma İmperiyasında comeslər imperatorun müşayətçilərindən biri idi. Franklarda isə kontlar yerli komandir və hakimlər idilər. Kontlar zamanla feodal quruluşa daha cox integrasiya oldular və hersoqun müavini vəzifəsinə yüksəldilər. Flandriya, Tuluza ve Barselona kimi bəzı ölkə ve qraflıqlarda isə hersoq mövqeyinə bərabər hala gəldilər. Kralların feodal bəylər üzərindəki hakimiyyətlərini artırmağa çalışdıqları sonraki dövrlərdə hakimiyyətlər get-gedə mərkəzləşdi və kontlar siyasî güclərini itirdilər. Ancaq əsilzadələr təbəqəsinin imtiyazlarından istifadə etməyə davam etdilər.[2]