Kontribusiya[1] (lat. contributio — "ümumi töhfə, ictimai vəsaitlərin toplanması") — düşmənə verilən xərac; qalib dövlətin xeyrinə məğlub dövlətin etdiyi ödənişlər. Bu, müharibənin sonunda işğal olunmuş ərazinin əhalisi və məğlub olmuş ölkənin hökuməti tərəfindən ödənilir. Ədəbiyyatlarda bəzən müharibə təzminatı da adlandırılır.