Laxer-Ze gölü | |
---|---|
alm. Laacher See | |
Ümumi məlumatlar | |
Tipi | Vulkan krateri |
Mütləq hündürlüyü | 274,8 m |
Eni | 1,186 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 7,3 km |
Sahəsi | 3,31 km² |
Həcmi | 103.000.000 m³ |
Dərin yeri | 51 m |
Tökülən çay | Yox |
Axan çay | Yox |
Yerləşməsi | |
50°24′37″ şm. e. 7°16′11″ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Əyalət | |
Ada | Yox |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Laxer-Ze gölü (alm. Laacher See) – Almaniyanın Reynland-Pfalts vilayətinin Arvayler bölgəsinin Qles kommunasında vulkan mənşəli axarsız göl.
Göl 1,9 km diametrli vulkanik kalderada, Koblensdən 24 km şimal-qərbdə və Bonndan 37 km cənubda, Reyn çayı üzərində yerləşən Andernax şəhərindən 8 km məsafədə yerləşir. Vulkan Ayfel dağlarındə qərarlaşır. Laxer-Ze gölü eramızdan əvvəl 10,930-cu ildə əmələ gəlmişdir. Vulkanik partlayıcılıq indeksi VEI 6-ya bərabər olan Lah super vulkanının Plinian tipli püskürməsindən sonra, bu təxminən Filippin Pinatubo vulkanının 1991-ci ildə püskürməsinə uyğundur. Radiokarbon üsulu Lah vulkanının püskürməsinin 13006 ± 9 təqvim ili əvvəl baş verdiyini müəyyən edib.
Bu püskürmə Böyük Şaxta iqlim anomaliyasının mümkün səbəbi kimi müzakirə edilir. Yaxınlıqdakı ərazilər əlli metrlik vulkanik kül və pemza təbəqəsi altında idi, daha kiçik hissəciklər əsasən cənubdan müasir Şimali İtaliya ərazisinə və şimal-şərqə - müasir Rusiya ərazisinə və Skandinaviya yarımadasına uzanırdı. Ola bilsin ki, Lah vulkanının püskürməsi müasir Danimarka ərazisində[1] Bromme mədəniyyətinin yaranmasına səbəb olub.
Laxer-Ze dəniz səviyyəsindən 275 metr yüksəklikdə yerləşir və sahəsi 3,31 km², maksimal dərinliyi 51 metrdir.
Laxer-Ze Lax abbatlığının cənub-qərb sahilində yerləşir. 1979-cu ildə aparılan dendroxronoloji təhlilin nəticələri göstərdi ki, 1164-cü ildə abbat Fulbertin dövründə güclü yağışlar yağmışdır. Bu dövrdə 880 metr uzunluğunda olan, suyun Laxer-Zedən yayındırılması üçün nəzərdə tutulmuş axının tikintisinə göstəriş verən də məhz o olmuşdur[2].
2007-ci ildə krater gölündən karbon qazının çıxması müşahidə edilmişdir[3].
1867 və 1872-ci illərdə Laxer-Zeyə Pomeraniyadakı Madyu gölündən və Boden gölündən mayalanmış siqi kürüsü buraxılmışdır. Hazırda göldə bir neçə növ siqi balığı yaşayır.