Leetspeak — "elit danışıq". İngilis dilinin İnternetdə geniş yayılmış istifadə üslubu. Bu üslubda latın hərfləri bənzər rəqəmlər və simvollarla əvəzlənir, sürətli yazı zamanı xarakterik səhvlər, haker və geymerlərin jarqonu yamsılanır, sözlərə z0r şəkilçisi əlavə olunur. Əsasən yazılı şəkildə istifadə olunur, bəzi sözlərin (məsələn, pwn) müəyyən tələffüzü yoxdur.