Librasiya

Bu animasiya bir ay ərzində ayın bir çox simulyasiya edilmiş görünüşlərini nümayiş edir.

Librasiya (lat. lībrātiō — "rəqsetmə") — Ayın öz mərkəzi ətrafında zahiri rəqsi. Bu zaman Ayın diski üzərindəki ləkələr gah bu, gah da digər tərəfə hərəkət edir. Ayın librasiyasının növləri:[1]

  • Parallaktik — 1° olub, müşahidə istiqamətinin dəyişməsindən alınır.
  • Enlik üzrə — ən çox qiyməti 6°41′ olub, Ayın ırlanma oxunu onun orbit müstəvisinə meyilli olmasından alınır.
  • Uzunluq üzrə — ən çoxu 7°45′ olub, Ayın öz oxu ətrafında bərabər, Yerin ətrafına isə qeyri-bərabər sürətlə ırlanmasından alınır.
  • Fiziki (həqiqi) — 2′ olub, Ayın Yerə tərəf olan diametriin onun orta diametrindn uzun olması və Yeirn cazicə qüvvəsinin Ayı həmişə özünə tərəf çevirməyə cəhd etməsi nəticəsində alınır.
  1. Ајын либрасијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 194.

Developed by StudentB