Limfositlərə 2 böyük populyasiya olan - B - və T — limfositləri və təbii killerlər aiddirlər. B və T limfositləri qazanılmış ,təbii killerlər (TK) isə təbii immun sisteminin kompanentləridirlər. Hər 3 subpopulyasiya sümük iliyində əmələ gəlir. Formalaşmaları isə müxtəlif orqanlarda əmələ gəlir.B limfositlərinin əsas inkişaf mərhələləri sümük iliyində , T limfositlərin formalaşması timusda gedir .TK — lərin formalaşması isə əsasən dalaqda gedir.
Hər bir B limfositi genetik olaraq müəyyən bir antigenə qarşı spesifikliyə malik olan reseptorun sintezi üçün proqramlaşdırılır . Belə reseptorlara B C R — lər (B cell reseptor) deyilir. Onlar hüceyrənin səthində yerləşirlər.Antigenlə qarşılıqlı təsirdə olan bu hüceyrələr bölünüb çoxalır ,differensiasiyaya məruz qalır və effektor (plazmatik ) hüceyrələrə çevrilirlər.Bu plazmatik hüceyrələr B limfositlərinin inkişafının son mərhələsidir və bu hüceyrələr B C R molekulunun antigentanıyan İg kompanentini anticisim şəklində sintez edirlər .Hüceyrənin bütün potensialı bu sintezə yönəldiyindən plazmatik hüceyrələr cəmi 3 −4 gün yaşaya bilirlər. T limfositləri' — onların müxtılif funksiyaları yerinə yetirən müxtəlif subpopulyasiyaları vardır.Bu subpopulyasiyalardan biri B limfositləri ilə qarşılıqlı təsirdə olaraq onların bölünüb çoxalmasına və plazmatik hüceyrələrə çevrilməsinə köməklik edirlər. Sub populyasiyalardan digəri mononuklear faqositar hüceyrələr tərəfindən udulmuş patogenlərin faqositozunu gücləndirir.Bu tipli hüceyrələrə T — helper (T — köməkçi ) hüceyrələri deyilir.T limfositlərinin başqa bir populyasiyası isə orqanizmin virusla və patogen mikroorqanizmlərlə yoluxmuş hüceyrələrini tapıb məhv edirlər.Bu hüceyrələr T — killer ( və ya T sitotoksik ) hüceyrələr adlanır.Hər bir T limfositinin səthində B limfositlərində olduğu kimi özünəməxsus antigen tanıyan reseptorlar mövcuddur.B və T limfositlərinin oxşarlığı ondan ibarətdir ki, onların hər ikisi immunoqlobulinlər superfəsiləsinə aid molekullardırlar.Lakin B limfositlərindən fərqli olaraq antigenin T limfositləri tərəfindən tapılması yalnız onun fraqmentinin başqa hüceyrə səthində M H C molekulları ilə kompleks şəklində təqdim olunduğu halda baş verir.
Təbii killerlər( TK) — B və — T limfositləri üçün xarakterik olan antigentanıyan reseptorlardan məhrumdurlar .Bu mənada onlara bəzən o — hüceyrələr də deyilir.Təbii killerlərin əsas funksiyası transformasiyaya uğramış ( o cümlədən şiş ) və virusla yoluxmuş hüceyrələri tapıb məhv etməkdir.Bundan əlavə , təbii killerlər orqanizmin M H C molekullarını qismən və tam itirmiş hüceyrələri də tapıb lizisə uğradırlar.Ölçülərinə görə təbii killerlər limfositlərdən təxminən 2 dəfə böyükdürlər. [1]
Tibb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |