Lukresi | |
---|---|
Titus Lucretius Carus | |
Doğum tarixi | e.ə. 94 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 55 |
Vəfat yeri | |
Vəfat səbəbi | qanitirmə[d] |
İstiqaməti | Atomistika |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Titus Lukretius Karus (lat. Titus Lucretius Carus, m. ö. 99 – 55) — Roma epikürçülüyünün ən tanınmış təmsilçisi isə olmuşdur. "Şeylərin təbiəti haqqında" (lat. De rerum natura) adlı məşhur əsərində o bir çox fəlsəfi problemlərə toxunmuşdur, bunu edərkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius ilk növbədə xalqın arasında yayılmış müxtəlif mövhumat və inanclara qarşı çıxış etmişdir. Onun fikrincə onlar insanlarda qorxu hissi yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir.[1] Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır. Mövhumatların əsasını isə din təşkil edir, insanları bədbəxtliklərə sürükləyir. Ona görə də, Lukretius dini tamamilə inkar edirdi.