Luzinyanlar | |
---|---|
Şüar | Pour Loyauté Maintenir |
Titul |
|
Əcdadı | I Hüqo |
Dövr | orta əsrlər |
Təbəəliyi | |
Vikianbarda əlaqəli mediafayllar |
Luzinyanlar (fr. Lusignan) — fransız mənşəli kral sülaləsi. Sülalə orta əsrlər dövründə, XII–XV əsrlərdə Yerusəlim, Kipr və Kilikiya krallıqları da daxil olmaqla, Avropa və Levantda bir neçə knyazlığı idarə etmişdir. Luzinyanların İngiltərə və Fransada da böyük nüfuzu mövcud idi.
Sülalə XX əsrin əvvəllərində Fransanın qərbində yerləşən Luzinyan şəhəri yaxınlığındakı Puatuda meydana gəlmişdir. XI əsrin sonunda sülalə artıq bölgədəki ən görkəmli kiçik qraflara çevrilmişdi. XII sonlarında evlilik və miras yolu ilə sülalənin bir qolu Yerusəlim və Kipr krallıqlarını idarə etməyə başlamışdır. XIII əsrin əvvəllərində sülalənin əsas qolu Marş və Anqumua bölgələrində hakimiyyətə gəlmişdir.
Latın şərqindəki səlibçi krallar olaraq onlar qısa müddətdə Kilikiya çarlığının Hetumi hökmdarları ilə əlaqələr qurmuşdular. Onlar beləliklə, XIV əsrin ortalarında evlilik yolu ilə çarlığın hakimiyyətini ələ keçirmişdilər. Sülalənin Kilikiya qolu Məmlük işğalından sonra Fransaya qaçmışdır.[1][2]
Sülalənin iddiaları daha sonra Kipr qolu tərəfindən alınmışdır,[3][4] lakin onlar da bir müddət sonra uğursuz olmuşdur. Krallıq XV əsrdə Venesiya Respublikası tərəfindən ihlaq edilmişdir.