MacBook Air | |
---|---|
İstehsalçı | Apple |
Növü | Mac |
Buraxılış tarixi | 29 yanvar 2008 |
Əməliyyat sistemi | macOS |
Veb-saytı |
apple.com/macbook-air/ apple.com/jp/macbook-air/ |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalə aşağıdakı seriyaya aiddir |
MacBook |
---|
Prosessor növünə görə Mac modellərinin siyahısı |
MacBook Air — 2008-ci ildən etibarən Apple tərəfindən istehsal edilən notbuk seriyasıdır. Bu seriyaya aid olan notbuklar nazik və yüngül alüminium korpusa sahibdir. 2022-ci ildən etibarən 13 düym (2023-cü ildə yenilənib) və ya 15 düym (2023-cü ildə) ölçülü ekran ilə təchiz olunmuşdur. MacBook Air daha böyük və daha yüksək performanslı MacBook Pro ilə müqayisədə daha ucuzdur. 2011-ci ildə "orijinal MacBook seriyası" dövrünün başa çatması ilə MacBook Air Apple-ın ən münasib qiymətli notbuk modeli halına gəlib.[1][2]
MacBook Air 2008-ci ilin yanvarında təqdim olundu. O, 13,3 düym ekranı və tam ölçülü klaviaturası ilə premium ultraportativ kimi tanıdıldı. İncə dizaynı ilə diqqət çəkən bu notbuk o vaxtın ən incə notbuku kimi təqdim olundu və yeni ultrabuk kateqoriyasını yaratdı. Optik disk sürücüsü olmaması və o zamanlar ümumiyyətlə notbuklar üçün xarakteristik olan portların sayının az olması ilə diqqət çəkirdi.
2010-cu ildə MacBook Air konusvari korpusla yenidən dizayn edildi və Apple daha kiçik 11,6 düym versiyasını təqdim etdi. Daimi yaddaş SSD (Solid-state storage; sərt vəziyyətdə olan) olaraq standartlaşdırıldı və daha sonra Intel Core i5 və ya i7 prosessorları ilə Thunderbolt əlavə olundu.[3] Daha kiçik 11 düymlük modelin istehsalı 2016-cı ildə dayandırıldı. 2018-ci ildə Air daha kiçik bir ölçü halına gətirilərək, yüksək görüntü imkanı olan Retina ekranı ilə əvəz edildi. Məlumat ötürülməsi və enerji üçün USB-C/Thunderbolt 3 portlarının kombinasiyası ilə təchiz olundu.
2020-ci ildə Apple MacBook Air-i özü tərəfindən hazırlanmış yeni M1 prosessoruna keçirdi (bax: Apple silisiumlu MacBook Air).
2022-ci ildə ən son MacBook Air MacBook Pro modelinə uyğun olaraq konusvari formada yenidən dizayn edildi və M2 prosessoruna keçid edildi. Ekran ölçüsü genişləndirilərək 13,6 düymə çatdırıldı və Apple-ın maqnitli elektrik enerjisi alma portlarının üçüncü iterasiyası olan MagSafe-i yenidən geri qaytardı.