Makros

Makros(ing.macro, ru.макрокоманда)- 1. Tətbiqi proqramlarda: klavişlərin basılmasının və komandaların, yeni şərti komanda (SHORT KEY) kimi yazılmış və saxlanılmış kombinasiyası, yaxud makrokomandanın adı. Bu şərti komandanı və ya makrokomandanın adını başlatdıqda tətbiqi proqram onlara bağlanmış işlər ardıcıllığını yerinə yetirir. Tez-tez istifadə olunan və bəzən çox uzun ardıcıllığa malik klavişlərin basılması kimi yorucu işlərə vaxt itkisini azaltmaq üçün makroslar yaradılır. Bundan başqa, komandaların tez-tez təkrar-təkrar yığılması aradan qaldırılır, diqqətsiz yığım zamanı yaranan yanlışlıqlar minimuma enir və proqramla tanış olmayan istifadəçilərə imkan verilir ki, bilən insan tərəfindən qabaqlar yazılmış komandalar yığınını təkrarlasın. Əgər tətbiqi proqramın dəyişənlərlə və şərt deyimləri ilə işləyən özəl makro-dili varsa, makrosun yerinə yetirilməsi zamanı müxtəlif şərtlərdən asılı olaraq müəyyən verilənləri nəzərə almaq və daxil etmək olar.

2. C və ya assembler tipli proqramlaşdırma dilində: komandalar ardıcıllığını özündə birləşdirən ad; proqramın hər hansı yerində adı çəkilən makros proqramın kompilyasiyası və translyasiyası zamanı həmin ardıcıllıqla əvəz olunur. Makroslar bilavasitə proqramın özündə və ya proqramda göstərilən ayrıca faylda ola bilər. Makrosların da funksiyalar kimi arqumentləri ola bilər, ancaq funksiyalardan fərqli olaraq makroslar, proqram çalışmağa hazır olduqda təmsil etdikləri komandalarla əvəzlənir.


Developed by StudentB