Mitoxondri (yun. μίτος (mitos) — sap, tel və χόνδρος (xondrion) – dən, dənəvər) — forması əsasən oval, dəyirmi, çöp, və ya tel şəkilli olur, ancaq nadir hallarda mürəkkəb quruluşlu qantelşəkilli, fincanşəkillilərə rast gəlinir. Uzunluğu 1-10 mikrometr, eni isə 0,25-1,00 mikrometr ölçüsündə olur.
Biologiyaya dair ədəbiyyatlarda onun kəşf olunması haqda müxtəlif fikirlər mövcuddur. Belə ki, N.Qrin, U.Staut, D.Teyler (1980) göstərdilər ki, mitoxondrini ilk dəfə əzələ hüceyrəsində Mixaelis 1850-ci ildə görmüş və tənəffüs prosesində xüsusi rolunu qeyd etmişdir.
A. Lenincer (1966) qeyd edir ki, mitoxondrini 1894-cü ildə R.Altman görmüş, bioplast, 1897-ci ildə isə Benda mitoxondri adlandırmışdır.
Bəzi, ədəbiyatlarda isə, bu orqanoidin kəşfi tarixi 1890-ci il, başqa birində isə 1898-ci il göstərilir.
Hanşı ildə kəşf olunmasına baxmayaraq, bu orqanoidə bütün eukariot hüceyrələrdə rast gəlinir. Ancaq bakteriya, göy-yaşıl yosunların hüceyrələrində, eləcə də onurğalı heyvanların eritrosit hüceyrələrində olmur. [1]
Mitoxondrilərin əsas funksiyası universal enerji mənbəyi olan ATF sintez etməkdir. Bu səbəblə onlar sitoplazmanın ATF enerjisinə çox ehtiyac olan yerlərində daha sıx olurlar (məsələn, ürək əzələsində miofibrillərin arasında və ya spermatozoidin qamçısında və s.)[2] Ona görə mitoxondriləri xloroplastlarla birlikdə hüceyrənin "güc stansiyaları" adlandırırlar. Hüceyrələrdə mitoxondrilər ikiyə bölünməklə çoxalır və öz funksiyalarını yerinə yetirir.
Mitoxondrilərin quruluşunu hər tərəfli öyrənmək elektron mikroskopun kəşfindən sonra mümkün olub. Müəyyənləşdirilib ki, onlar 3 komponentdən təşkil olunub:
Mitoxondrinin membranlarında inteqral zülallar mövcuddur. Xarici membrana porin adlanan zülallar daxildir. Onlar xarici membranın keçiciliyini artırır, maddələr mübadiləsində iştirak edir. Mitoxondrinin daxili membranından içəri əksər molekullar keçə bilmir, istisna yalnız О2, СО2, Н20 molekullarıdır.[3] Bu membrandan yalnız yağda həll olan maddələr və qazlar rahatlıqla keçə bilir.[4]
Mitoxondrilərin daxili membranının içəriyə doğru olan hissəsinin səthi sıx şəkildə göbələyəoxşar hissəcikıərlə örtülmüşdür. Bunlara qrin hissəciyi və ya oksusomlar da deyilir.