Monreal protokolu

Monreal protokolu
İmzalanma tarixi 16 sentyabr 1987[1]
Dili Çin dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
2006-cı ilin sentyabrında Antarktida üzərindəki ən böyük ozon dəliyi

Ozon qatını məhv edən maddələr üzrə Monreal Protokolu (ing. The Montreal Protocol on Substances That Deplete the Ozone Layer) — ozon təbəqəsinin mühafizəsi üzrə 1985-ci il Vyana Konvensiyasının beynəlxalq protokolu, ozon təbəqəsini məhv edən bəzi kimyəvi maddələrin mərhələli şəkildə ləğv edilməsi yolu ilə ozon təbəqəsini qorumaq üçün nəzərdə tutulmuşdur. Protokol 16 sentyabr 1987-ci ildə imzalanmaq üçün hazırlanmış və 1 yanvar 1989-cu ildə qüvvəyə minmişdir. Bunun ardınca 1989-cu ilin mayında Helsinkidə ilk görüş keçirilir. O vaxtdan bəri protokola yeddi dəfə yenidən baxılıb: 1990-cı ildə (London), 1991-ci ildə (Nayrobi), 1992-ci ildə (Kopenhagen), 1993-cü ildə (Banqkok), 1995-ci ildə (Vyana), 1997-ci ildə (Monreal), 1999-cu ildə (Pekin) və 2016-cı ildə (Kiqali[2][3][4]). Əgər protokolu imzalayan ölkələr gələcəkdə də ona əməl etməyə davam edərlərsə, o zaman 2050-ci ilə qədər ozon təbəqəsinin bərpa olunacağına ümid etmək olar. BMT-nin Baş katibi (1997–2006) Kofi Annan deyib ki, "bəlkə də yeganə çox uğurlu beynəlxalq saziş Monreal protokolu sayıla bilər"[5][6].

SSRİ 1987-ci ildə Monreal protokolunu imzalamışdır. 1991-ci ildə Rusiya, Ukrayna və Belarus bu qərara varis olduqlarını təsdiq etmişlər[7].

2009-cu ilin dekabrına olan məlumata görə, BMT-yə üzv olan 196 ölkə Monreal Protokolunun orijinal variantını ratifikasiya edib. Bütün ölkələr hər sonrakı düzəlişləri ratifikasiya etməmişdir. Yalnız 191 ölkə Pekin düzəlişini imzalamışdır[8].

  1. https://www.state.gov/key-topics-office-of-environmental-quality-and-transboundary-issues/the-montreal-protocol-on-substances-that-deplete-the-ozone-layer/.
  2. Hub, IISD's SDG Knowledge. "Kigali Amendment Enters into Force, Bringing Promise of Reduced Global Warming | News | SDG Knowledge Hub | IISD" (ingilis). 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-07.
  3. McGrath, Matt. "Deal reached on HFC greenhouse gases". BBC. 15 October 2016. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2022.
  4. "Adjustments to the Montreal Protocol". United Nations Environment Programme Ozone Secretariat. 23 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
  5. "The Ozone Hole-The Montreal Protocol on Substances that Deplete the Ozone Layer". Theozonehole.com. 16 September 1987. 12 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2022.
  6. "Background for International Day for the Preservation of the Ozone Layer – 16 September". un.org (ingilis). 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-28.
  7. "О выполнении обязательств Российской Федерации, вытекающих из Венской конвенции об охране озонового слоя и Монреальского протокола по веществам, разрушающим озоновый слой". 2009-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-14.
  8. "Пекинская поправка к Монреальскому протоколу". 2013-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-14.

Developed by StudentB