Multivibrator — Düzbucaqşəkilli impulslar almaq üçün praktikada relaksasiya generatorlarından (relaksatorlardan) da geniş istifadə edilir. Relaksatorlar triggerlər kimi müsbət əks-rabitəli gücləndiricilər və ya mənfi diferensial müqavimətli elektron cihazları (tunel diodu, tiristorlar və s.) əsasında qurulur.