Namespace

Ad fəzası (namespace)– 1. Proqramda obyektlərin, yaxud kompüter şəbəkəsində host-kompüterlərin görünməsini tənzimləyən adlandırma qaydaları toplusu. Ad fəzası yastı (flat namespace) və iyerarxik (hierarchical namespace) ola bilər. Ad fəzasında bütün adların bənzərsiz (unikal) olması nəzərdə tutulur. Bax: URL.

2. C++ və C# dillərində: proqramçıya istifadə olunan dəyişənin tipini aşkar dəqiqləşdirməməyə imkan verən açarsöz. Ad fəzasında təyin olunmuş identifikator həmin fəza ilə assosiasiya olunur. Eyni bir identifikator bir neçə fəzada təyin oluna bilər. Beləliklə, bir ad fəzasında təyin olunmuş identifikatorun qiyməti başqa bir ad fəzasında təyin olunmuş belə bir identifikatorun qiyməti ilə eyni də ola bilər, fərqli də. Ad fəzasını dəstəkləyən proqramlaşdırma dillərində identifikatorun hansı ad fəzasına aid olmasını göstərən qayda müəyyən olunur. Ad fəzası aşağıdakı göstərişlər bloku kimi təyin olunur:

namespace foo {

 int bar;

}

Bu blokun daxilində identifikatorlar məhz təyin olunduqları kimi çağrıla bilər. Lakin blokun xaricində identifikatorun önündə onun aid olduğu ad fəzasının adını göstərmək lazımdır. Məsələn, bar identifikatoru namespace foo fəzasından kənarda foo::bar kimi göstərilməlidir. C++ dilində buna bənzər tələbləri vacib etməyən bəzi başqa konstruksiyalar vardır. Məsələn, proqram koduna

using namespace foo;

sətrini artırdıqda foo:: prefiksini göstərməyə daha gərək qalmır.


Developed by StudentB