Neoqotika

Ən məşhur neoqotika tikililərindən biri — Temza sahilindəki Vestminster sarayı

Neoqotika ("yeni qotika") — orta əsrlər qotikasının formalarını, bəzi hallarda isə konstruktiv xüsusiyyətlərini dirçəldən, elektika və ya tarixilik dövrünün memarlığında geniş yayılmış cərəyanlardan biri. XVII əsrin 40-cı illərində İngiltərədə yaranıb. Əsasən medievistika ilə paralel inkişaf edib və onunla dəstəklənib. Elektikanın milli cərəyanlarından (məsələn, psevdorus və ya neomavritan üslubları) fərqli olaraq neoqotikaya bütün dünyada tələb olub; məhz bu üslubda Nyu-Yorkda, Melburnda, San-Pauluda, Kəlküttədə, Manilada, Quançjouda, Kiyevdə və s. şəhərlərdə katolik kafedralları inşa edilib.

XIX əsrdə ingilislər, fransızlaralmanlar qotikanın yaradıcısı sayılmaq uğrunda bir-birləri ilə mübarizə aparırdılar. Bununla belə orta əsrlər memarlığına marağın dirçəldilməsi işində birinciliyi birmənalı olaraq Böyük Britaniyaya verirlər. Viktorian dövründə Britaniya İmperiyası həm metropoliyada, həm də müstəmləkələrində neoqotik üslubda miqyasına və funksional müxtəlifliyinə görə böyükhəcmli tikinti işləri aparırdı. Bu tikintinin məhsulları bütün dünyada məşhur olan "Biq Ben" və Tauer körpüsü kimi tikililər oldu.


Developed by StudentB