Nokaut (ing.knockout; knock – vurmaq, out – kənar, bayır) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi, yaxud huşunu itirməsi, hakim 8-dək sayınca özünə gəlib, döyüşü davam etdirə bilməməsi. Döyüşçü nokautla uduzan boksçu ilə azı 3 ay müddətinə yarışlarda iştirak etmək qadağan olunur.[1]