Nokia | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | İctimai şirkət |
Sənaye | Telekommunikasiya avadanlığı, kompüter şəbəkəsi, telekommunikasiya sənayesi[d], şəbəkə avadanlıqları |
Məhsulları |
Mobil telefonlar Smartfonlar GSM şəbəkələri üçün avadanlıqlar Simsiz rabitə sistemləri GPS-naviqatorlar İnternet-planşetlər Netbuklar |
Təsis tarixi | 12 may 1865 |
Baş qərargahın yeri | Finlandiya, Espoo |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri | ▼€ 23.33 milyard (2019) |
Xalis mənfəəti | ▼€ 18 milyon (2019) |
Əməliyyat mənfəəti | ▼€ 485 milyon (2019) |
Struktur | |
İşçi sayı | 98322 (2020) |
Tərəfdaşlar | Bell Labs |
Rəhbərlik | |
Təsisçilər |
Fredrik İdestam Leo Meşelin |
Nokia.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Nokia — Finlandiyanın transmilli şirkəti, mobil rabitə texnologiyaları sahəsində dünya liderlərindən biri. Öz məlumatlarına görə dünya mobil telefon bazarındakı payı 39% təşkil edir.[1] Şirkətin mərkəzi qərargahı Finlandiyanın Espoo şəhərinin Keilaniemi rayonunda yerləşir. Nokianın dünyanın bir çox ölkələrində tədqiqat və inkişaf mərkəzləri, istehsalat obyektləri və satış məntəqələri yerləşir. 2009-cu ilin dekabrına olan məlumata görə Nokianın dünyanın 16 ölkəsində tədqiqat mərkəzləri yerləşir və həmin mərkəzlərdə 37 200 nəfər işləyir. Bu rəqəm şirkətin ümumi işçi sayının təxminən 30%-ni təşkil edir. Nokia Tədqiqat Mərkəzinin 7 ölkədə — Finlandiya, Çin, Hindistan, İsveçrə, Keniya, ABŞ və Böyük Britaniyada nümayəndəlikləri var. Şirkətin ümumilikdə 15 zavodu fəaliyyətdədir. Finlandiyada və Çində 3, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Meksika, Hindistan, Macarıstan və Rumıniyada isə 1 zavodu yerləşir. 2004-cü ildə Nokia Finlandiyanın ÜDM-nin 3,5%-ni təşkil edirdi, 2003-cü ildə isə Nokianın ixracatı Finlandiyanın ümumi ixracatının 25%-i qədər idi.[2]