Okarina | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 421.221.422[1] |
Audio nümunəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Quş tütək (Gil tütək) Fit səsi və ya quşların cəh-cəhini təsvir edən bu vasitəyə "gil tütək" və ya "quş tütəyi" deyilir. Cəmi iki dəliyi olan quş tütəyində məşhur "Vağzalı", "Heyvagülü", "Çoban-bayatı" havalarını çalmaq hər kəsin hünəri deyil. Lənkəranda unikal musiqi aləti olan gildən düzəldilmiş tütək 60 ildən çoxdur ki, el məclislərinin, toy-düyünlərin yaraşığıdır.
Xarici görünüşcə ilan kəlləsinə, fil xortumuna oxşar bu alətin yaşı 4500 ildir. Tütəyin qiymətini bir neçə il bundan əvvəl gələn xarici mütəxəsislərdən ibarət komissiya müəyyən edib.
1977-ci ildə Polşada keçirilən folklor festivalında gil tütəklə iştirak edən S. Əliyev ifasına görə "Qızıl balta" mükafatına layiq görülüb.
Mamusta kəndində tapılan bu tütək hal-hazırda Səpnəkəran kəndində el sənətkarı Surxay Əliyevin evində saxlanılır. Palıd qozasına oxşar gil tütək arxeoloqlar tərəfindən 4000–4500 il öncəyə aid olduğu bildirilir.