Dövlət idarəetmə formaları |
---|
|
Oliqarxiya (yun. ὀλιγαρχία (oligarchia), q.yun. ὀλίγον (oligon), "azacıq" və q.yun. ἀρχή(arche), "hakimiyyət" ,(azlığın hakimiyyəti — qeyri-demokratik rejimin bir növü. Politologiya (Bakı,2007) adlı əsərdə qeyd olunduğu kimi, oliqarxiya dedikdə, kiçik bir qrup varlı adamların siyasi və iqtisadi həyatda hökmranlığı başa düşülür. Aristotelə görə o, aristokratik idarəetmənin təhrif olunmuş formasıdır. Yeni dövrdə "olqarxiya" anlayışı R. Mixels tərəfindən yenidən dirçəldilmişdir. Müasir dövrdə həm ənənəvi, həm də oliqarxik rejimlər mövcuddur. Ənənəvi rejimə-bir neçə qüdrətli ailənin hakimiyyəti aiddir. Orada hakimiyyətin dayağı hərbçilərdir. (Qvatemala, Nikaraqua −1979-cu ilə qədər). Müasir oliqarxik rejimə hegemon komprador burjuaziya aiddir(Kamerun). Onun xüsusi forması olan maliyyə oliqarxiyası əsasən kapitalizmdə mövcud olur. O sənaye və bank sahibkarları qrupunun ölkənin iqtisadi və siyasi həyatında hökmranlığını ifadə edir.[mənbə göstərin]
İqtidar sayı |
Legitim | İllegitim |
Tək başına | Monarxiya | Tiraniya |
Qrupun iqtidarı | Aristokratiya | Oliqarxiya |
Çoxluğun iqtidarı | Politiya | Demokratiya |