Olivin

Olivin
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Olivin — mineral, forsterit-fayalit fasiləsiz izomorf seriyanın üzvü, ümumi formulu — (Mg, Fe)2[SiO4]. Rombik Habitus izometrik, qısa prizmatik, yastılaşmış. İkiləşmə {100}, {011}, {012} üzrə. Ayrrılma {010}, {100} üzrə qeyri-mükəmməl. Aqreqat dənəvər. Müxtəlif çalarlı yaşıl. Sərtliyi 6,5. Xüsusi çəki ~4. Olivin tərkibində az miqdarda Mn, Ni və daha az — Co, Ca, Zn, Ti olur. Hidrotermal və aşınma proseslərində asanlıqla dəyişilir, serpentinə, xloridə və b. keçir. Əsasi və ultraəsasi süxurlarda geniş yayılmışdır. Növ müxtəlifliyi: xrizolit, titan-olivin. Sinonim: Peridot.


Developed by StudentB