Onixoforlar

Onixoforlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Tip:
Onixoforlar
Beynəlxalq elmi adı

Onixoforlar (lat. Onychophora; yun.. onychos — caynaq, phoros — daşıyıcı) — quruda yaşayan rütubətsevən onurğasız heyvan tipi.

Onixoforlar bir çox əlamətlərinə görə qurdlarla buğumayaqlılar arasında aralıq mövqe tuturlar. Onixoforlar cənub yarımkürəsinin tropik və subtropik meşələrində yayılmışlar. Əvvəllər onlar buğumayaqlılar (lat. Artropoda) tipinin traxeyalılar (lat. Tracheata) yarımtipinə aid edilirdi. Daha sonralar müəyyən olunmuşdur ki, onixoforları traxeyalılarla yaxınlaşdıran ancaq onları quru mühitdə yaşamağa uyğunlaşdıran konvergent oxşarlıqdır. Onixoforların selomik heyvanların sərbəst tipini təşkil etməsini sübut edən bir sıra əlamətlər vardır. Bunlar aşağıdakılardır:

  • Onixoforların bədəni çox çətin seçilən başdan və gövdədən ibarətdir. Başda 3 cüt çıxıntı vardır, gövdə isə çoxlu buğumlanmamış cüt ətraflara malikdir;
  • Dəri — əzələ kisəsi yaxşı inkişaf etmişdir;
  • Onixoforlar qarışıq bədən boşluğuna malikdir. Selomun qalıqları cinsi vəzilərin ətrafında qalmışdır;
  • Qan – damar sistemi açıqdır, ürək metamer yerləşən ostiyə malikdir;
  • Tənəffüsü traxeyalar vasitəsilədir;
  • Sinir sistemi pilləkənvaridir, sinir düyünləri formalaşmamışdır;
  • Ayrıcinslidirlər, spermatoforla çoxalırlar. İnkişafları düzənidir.

Onixoforlar tipinə bir sinif — İlktraxeyalılar (Prototracheata), bir dəstə, iki fəsilə və təxminən 70-ə qədər növ daxildir. Müasir onixoforlar sırf quruda yaşayan onurğasızlardır. Onlara Amerika, Afrika, Avstraliya meşələrində, daşların altında, mamırlıqda, nadir hallarda mağaralarda rast gəlinir. Onixorforlar içərisində peripatuslar nisbətən daha yaxşı öyrənilmişdir.

  1. Integrated Taxonomic Information System (ing.). 2006.
  2. Mayer G., Oliveira I. d. S. Phylum Onychophora Grube, 1853 (ing.). // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness (Addenda 2013) / Z. Zhang 2013. Vol. 3703, Iss. 1. P. 15–16. doi:10.11646/ZOOTAXA.3703.1.5 PMID:26146682

Developed by StudentB