PHP | |
---|---|
Paradiqmalar | Obyekt yönümlü proqramlaşdırma, Refleksiya |
Yaradılma tarixi | 8 iyun 1995[4][5] |
Müəlliflər | Rasmus Lerdorf[6] |
Tərtibatçılar | Rasmus Lerdorf[1], Andi Qutmans[1], Zeev Suraski |
Fayl sonluğu |
.php [7] və ya .phar [8] |
Sonuncu versiyası | |
Təsirlənib | C++, Perl[9], C[9], Java[9], Tcl[10], HTML, JavaScript |
Əməliyyat sistemi | Unix bənzəri, Microsoft Windows |
php.net | |
Vikianbarda əlaqəli mediafayllar |
PHP — dinamik veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. PHP əsasən veb həllərin yaradılmasında istifadə edilən populyar server proqramlaşdırma dilidir. Məsələn, formadakı məlumatları qəbul edərək emal edən skript yaratmaq, saytda axtarış sistemi reallaşdırmaq və ya qeydiyyat sistemi yaratmaq mümkündür. 1994-cü ildə Rasmus Lerdorf CGI alətlərini yazmağa başladı və daha sonra 1995-ci ildə onları mükəmməlləşdirərək PHP dilini ortaya çıxartdı. Əksər hallarda PHP, Linux əməliyyat sistemi, MySQL məlumatlar bazası və Apache veb serveri qısa olaraq LAMP kimi (Linux, Apache, MySQL, PHP) yazılır.