Bu məqalə qaralama halındadır. |
Hidrogen göstəricisi (pH) — məhlullarda hidrogen ionlarının konsentrasiyasını və ya aktivliyini səciyyələndirən kəmiyyət. Bu kəmiyyət 1 litrdə hidrogen ionlarının (qram-ionlarla) konsentrasiyasının mənfi onluq loqarifminə bərabərdir. pH=-lg[H+]. Burada H+ hidrogen ionlarının konsentrasiyasıdır. Saf suda [H+]=[OH]=10−7. 25°C-də pH>7 olan məhlullar qələvi, pH≈7 neytral, pH<7 — turş məhlullardır. Şüşə elektrodlu elektrometrlə (potensiometr) ölçülür. pH (hidrogen göstərici) çöküntütoplanma mühitinin qələvi-turşu tarazlığını səciyyələndirir. Məsələn, pH>7 kalsitin çökməsinə səbəb olur. Mineral suspenziyalarının pH (hidrogen göstərici) əlavə diaqnostik əlamət kimi istifadə edilə bilər (kaolinitin pH 6,4–6,9, montmorillonitin 7,9–9,8, kalsitin 9,4–9,5, dolomitin 9,6–10,1). Dəniz suyunun pH (hidrogen göstərici) adətən 7,5–8,5 hüdudlarında olur.