Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Piksel (bəzən də pel, ing. pixel, pel — pix element sözlərinin ixtisarıdır) [1] — rastr qrafikasında ikiölçülü rəqəmsal təsvirin ən kiçik məntiqi elementi və ya təsviri formalaşdıran ekran matrisinin fiziki elementi. Piksel bölünməz düzbucaqlı və ya yumru formadan təşkil olunmuşdur və müəyyən rənglə xarakterizə edilir. Rastr kompüter təsviri sətirlər və sütünlarlar üzrə yerləşmiş piksellərdən ibarətdir. Həmçinin Pikseli səhvən işığa həssas matrisin (sensel — sensor element) elementi də adlandırırlar.
Təsvir nə qədər çox pikseldən ibarətdirsə, təsvirin keyfiyyəti də bir o qədər yüksəkdir. Əgər təsvirin miqyası böyüyürsə, piksellər böyük hissələrə çevrilir. İnterpolyasiya vasitəsilə pilləlilik hamarlamaq olar.