Puma

Puma
Elmi təsnifat
Beynəlxalq elmi adı

Puma (lat. Puma concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin puma cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür.

Şimali və Cənubi Amerikada yaşayan puma həmçinin dağ aslanı kimi də tanınır. Yalqız həyat tərzi keçirən bu böyük pişiyin yayılma arealı şimalda Kanadanın Yukon bölgəsindən cənubda And dağlarının cənubuna qədər olduqca geniş bir ərazini əhatə edir. Yaşadığı mühitə uyğunlaşma qabiliyyətinə malik olan Puma Amerika qitəsindəki müəyyən başlı hər habitatta iştirak edər. İnsanlar tərəfindən həddindən artıq ovlanma və təbii həyat sahələrində insanların məskunlaşması ilə əlaqədar olaraq tarixi yaşayış bölgələrində onların sayı kəskin azalmışdır. Ancaq bəzi ərazilərdə son zamanlarda qorunması ilə əlaqədar populasiyalarda artma müşahidə edilmişdir.

Çox geniş bir sahəyə yayılan puma dəyişik habitatlarda çox müxtəlif rənglərə və gövdə quruluşuna malikdir. Amerika qitəsində yaquardan sonra ikinci ən böyük pişik olan puma, pələng, şir və yaquardan sonra dünyanın dördüncü ən böyük pişiyidir. Puma bəbirdən daha böyük olsa da, kükrəyə bilmədiyi üçün böyük pişiklər nəslinə aid edilməyərək panter (Panthera) cinsinə deyil, puma cinsinə təsnif edilir.

Həm pusqu həm də təqib ovunu edə bilən pumanın ovları da olduqca müxtəlifdir. Onların əsas qidası maraldır, amma eyni zamanda böcək, siçan, dovşan, ev pişiyi, it, alpaqa və sürü heyvanlarını da ovlayırlar. Davamlı olaraq saxlanan bir pişik olan puma insanlardan uzaq gəzər, amma çox nadir də olsa insanlara hücum etdiyi məlumdur.

  1. Integrated Taxonomic Information System (ing.). 1998.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Developed by StudentB