Ümumi sayı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
300 000 | |||||||||
Yaşadığı ərazilər | |||||||||
| |||||||||
Dili | |||||||||
balkan-qaqauz | |||||||||
İrqi | |||||||||
avropoid, turan irqi tipi | |||||||||
Dini | |||||||||
Daxildir | |||||||||
Türk xalqları | |||||||||
Mənşəyi | |||||||||
qaqauzlar | |||||||||
Qohum xalqlar | |||||||||
qaqauzlar, Osmanlı türkləri və digər türk xalqları |
Qacallar və yaxud müsəlman qaqauzlar (türk. və qaq. gacallar)[1] — Balkan yarımadasının şərqində yaşayan müsəlman türkdilli etnik qrupu. Qacalıların əsas məskunlaşdıqları ərazilər Bolqarıstan Respublikasının ucqar cənub-şərqində, həmçinin Şərqi Frakiya (Türkiyə) bölgəsində yerləşir.[2] Hər iki ölkədə qacallar adətən türklər kimi təsnif edilir, baxmayaraq ki, qacallar fərqli etnogenezlərinə görə Osmanlı türklərindən fərqlənirlər. Qacalıların ana dili son illər güclü türkləşməyə məruz qalan balkan-qaqauz dilidir. Qacalların ümumi sayı təxminən 300 000 nəfərdir, o cümlədən 20 000-ə yaxını ana dilində danışır. Qacalların, eləcə də qaqauzların etnoqrafiyasının öyrənilməsi ilə rus alimi Valentin Aleksandroviç Moşkov məşğul olub.