Qalliya (lat. Gallia; fr. la Gaule) —Qərbi Avropanın ilk dəfə Romalılar tərəfindən tanınan bir bölgəsi idi. Bugünkü Fransa, Lüksemburq, Belçika və İsveçrənin böyük hissəsi və Şimali İtaliya, Hollandiya və Almaniyanın bir qismi, əsasən, Reyn çayı hövzəsinin qərb sahillərində vaxtı ilə Keltlər yaşamışlar. Bura 494.000 km^2 (191.000 mil^2) ərazini əhatə edirdi. Qay Yuli Sezara (e.ə 100-44) görə Qalliya 3 hissəyə bölünürdü:
Arxeoloji olaraq Qallar M.Ö 5 ilə 1-ci əsrlərdə bütöv Qalliyaya və ayrıca olaraq Raetiya, Norik, Pannoniya və Cənub-Qərbi Almaniyaya qədər uzanan Laten mədəniyyətinin daşıyıcılarıdırlar. M.Ö 2 ilə 1-ci əsrlərdə Qalliya Roma hökmranlığına girir. M.Ö 123-cü ildə Narbon Qalliyası, M.Ö 120-ci ildə isə Yuxarı Almaniya və Cənubi Qalliya Romalılar tərəfindən fəth edildi. Nəhayət, Yuli Sezar Qallarlara apardığı 7 illik müharibənin (M.Ö 58-51) nəticəsi olaraq M.Ö 51-ci ildə Alesia savaşında Qall hökmdarı Versinqetoriksi məğlub edərək bütün Qalliyada hakimiyyəti ələ keçirmişdir.